"Texnologiya və innovasiyalar" işçi qrupunun iclası
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun 2021-ci il 5 noyabr tarixində növbəti görüşü baş tutacaqdır.
Görüşdə Qlobal İnnovasiyalar İndeksi 2021-ci il üzrə hesabatında ölkəmizin ayrı-ayrı indikatorlar üzrə göstəriciləri, eyni zamanda İşçi qrupunun üzvləri olan qurumlar tərəfindən III rübdə görülən işlərin müzakirəsi aparılacaqdır. Görüşün keçirilməsində başlıca məqsəd ölkənin mövqeyinə təsir edən sub-indekslərin yaxşılaşdırılmasıdır. Görüşdə eyni zamanda növbəti il üçün Fəaliyyət Planına ediləcək əlavə və dəyişikliklər müzakirə olunacaqdır.
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti iclasında iştirak etmək istəyən şəxslər https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə müraciət edə və müzakirələrə qoşula bilərlər.