Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının məlumatı
18 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti görüşü baş tutacaqdır.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Statistika Komitəsinin nümayəndələri, eyni zamanda ekspertlər iştirak edəcəklər.
Görüşün keçirilməsində məqsəd aşağı balla qiymətləndirilən indikatorların müzakirəsi və ölkənin mövqeyinə təsir edən sub-indekslərin yaxşılaşdırılması istiqamətində təkliflərin verilməsidir. Görüş çərçivəsində Qlobal İnnovasiyalar İndeksinin 3.1.1-ci (İKT-lərin əlçatanlığı) və 3.1.2-ci (İKT-lərdən istifadə), eyni zamanda 7.3.4-cü (Mobil Aplikasiyaların yaradılması) sub-indeksləri ilə bağlı müzakirələr aparılacaqdır.
Qlobal rəqabətlilik və qlobal innovasiyalar indeksi üzrə statistik məlumatların ötürülməsi ilə bağlı İşçi qrup tərəfindən koordinasiyanın aparılması istiqamətində işlər görüləcəkdir.
Eyni zamanda https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə özəl sektor nümayəndələrinin və vətəndaşların İşçi qrupunun fəaliyyətinə cəlb edilməsi, müzakirələrə aktiv qoşulması imkanları barədə danışılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir.
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti iclasında iştirak etmək istəyən şəxslər https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə müraciət edə və müzakirələrə qoşula bilərlər.
2021-ci il 18 noyabr tarixində Qlobal İnnovasiyalar İndeksinin 3.1.1, 3.1.2 və 7.3.4-cü sub-indekslərində ölkənin mövqeyinin yaxşılaşdırılması məqsədi ilə araşdırmanın aparılması və müvafiq müzakirələrin təşkili məqsədilə işçi qrupunun xüsusi iclası keçiriləcəkdir. İclas saat 10:00-da google meet proqramı vasitəsilə baş tutacaqdır.
GÜNDƏLİK - 18.11.2021 - Texnologiya və innovasiyalar üzrə işçi qrupunun iclası