Please ensure Javascript is enabled for purposes of website accessibility

Elanlar

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının məlumatı



13 yanvar 2021-ci il tarixində “Texnologiya və innovasiya” üzrə İşçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” Altqrupun ilk iclası baş tutacaqdır.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının, ADA Universitetinin, Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri, eyni zamanda ekspertlər iştirak edəcəklər.

Görüşün keçirilməsində məqsəd “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” təkliflərin verilməsi və gələcək hədəflər üçün tədbirlərin müəyyənləşdirilməsidir. Eyni zamanda müvafiq göstərici üzrə qonşu ölkələrlə müqayisəli təhlilin, ən yaxşı təcrübələrin bölüşdürülməsinə dair müzakirələrin aparılmasıdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir.

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti iclasında iştirak etmək istəyən şəxslər https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə müraciət edə və müzakirələrə qoşula bilərlər.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olub məlumat əldə bilərsiniz.

https://azranking.az/az/protocols-announcements/texnologiya-ve-innovasiya-uzre-isci-qrupunun-elmi-nesrlerle-bagli-beynelxalq-reytinq-gostericilerinin-h-indeksi-yaxsilasdirilmasi-uzre-altqrupun-ilk-iclasi

Tarix: 11-01-2022 18:02