Please ensure Javascript is enabled for purposes of website accessibility

Elanlar

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası keçiriləcək



10 mart 2022-ci il tarixində “Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası baş tutacaqdır.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının, ADA Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri və  ekspertlər iştirak edəcəklər

Görüşün keçirilməsində məqsəd “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə tədbirlərin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsidir. Tədbirlərin operativ şəkildə həyata keçirilməsi məqsədilə ümumi müzakirələr aparılacaq və mövcud vəziyyət qiymətləndiriləcəkdir. Eyni zamanda “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” orta və uzunmüddətli tədbirlər üzrə Konsepsiya sənədinin hazırlanmasına dair ilkin müzakirələr aparılacaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir.

İclasda iştirak etmək istəyən şəxslər https://azranking.az/az/protocols-announcements/texnologiya-ve-innovasiya-uzre-isci-qrupunun-elmi-nesrlerle-bagli-beynelxalq-reytinq-gostericilerinin-h-indeksi-yaxsilasdirilmasi-uzre-altqrupunun-novbeti-iclasi linki və ya https://azranking.az portalının onlayn müraciət bölməsi (https://azranking.az/online-apply ) vasitəsilə müraciət edə və müzakirələrə qoşula bilərlər.

Tarix: 09-03-2022 14:30