Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN həyat” komplekslərində konsert təşkil olunacaq


           Qurban bayramı münasibətilə “ASAN həyat” komplekslərində konsert proqramı təşkil olunacaq.Tədbirlər müvafiq olaraq 24 avqust Mingəçevir, 25 avqust 2018-ci il tarixində isə Quba “ASAN həyat” komplekslərində saat 18:00-da baş tutacaq. “ASAN xidmət” və ASAN Radionun birgə təşkilatçılığı ilə gerçəkləşəcək konsert sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.

          Konsert proqramında sənətçilər səhnədə bir–birindən möhtəşəm mahnılarını ifa edəcəklər. Daha sonra bayram proqramı DJ-lərin ifası ilə davam etdiriləcək.

        Qeyd edək ki, “ASAN həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN həyat” Kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.


Tarix: 21-08-2018 17:10