TİKA nümayəndəsi ilə görüş
30 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Nümayəndəliyinin ( Koordinatoru Teoman Tiryaki arasında görüş keçirilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 24 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Görüş zamanı Dövlət Agentliyi ilə TİKA arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib.
Qonaq ,həmçinin, “ASAN xidmət” mərkəzi, 108 “Çağrı” mərkəzinin yeni inzibati ofisi, “ABAD” sərgi satış mərkəzi “ASAN radio” və “ASAN Təlim-Tədris Mərkəzi” ilə tanış olub.