Ən yüksək bal toplayan tələbələrlə görüş
15 sentyabr 2018-ci il tarixində “ASAN Təlim-Tədris” mərkəzində ali təhsil müəssisələrinə 2018-2019 tədris ili üçün keçirilmiş qəbul imtahanlarında ən yüksək nəticə - 700 bal toplamış tələbələrlə görüş keçirilib.
Öncə tələbələr təbrik ediliblər və onlara yeni qəbul olduqları ali təhsil müəssisələrində müvəffəqiyyətlər arzulanılıb.
Görüşdə "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Qonaqlar, həmçinin “ASAN xidmət” mərkəzlərində onlar üçün həyata keçirilməsi nəzərdə tutulan könüllülük fəaliyyəti barədə də məlumatlandırılıblar. Qeyd olunub ki, könüllülük fəaliyyəti müddətində ASAN könüllülük məktəbinin proqram modulları çərçivəsində ümumi və sahəvi təlimlərin təşkili nəzərdə tutulur.
Sonda tələbələrə simvolik hədiyyələr təqdim olunub.