“ASAN Məktub” layihəsi sevindirməyə davam edir!
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsi çərçivəsində “Bilik günü” ilə əlaqədar olaraq “Deloitte & Touche” şirkətinin tərəfdaşlığı, “Personaj Agency”, “Qafqaz Sport Hotel” və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qəbələ şəhərində yaşayan, www.asanmektub.az saytında öz arzularını yerləşdirən 20 uşağa hədiyyələr verilib.
“ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə qayğı hissini daha da artırmaqdır.
İndiyədək www.asanmektub.az saytına 2531 müraciət olub və bunlardan 2499-u reallaşdırılıb.
Siz də sayta daxil olaraq, kiçik arzuların reallaşdıra bilərsiniz.