Ukrayna nümayəndə heyəti “ASAN xidmət”də
19 sentyabr 2018-ci il tarixində Ukrayna Respublikasının Dövlət Miqrasiya Xidmətinin sədri Maksim Sokolyukun başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 24 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Görüş zamanı qonaqlara “ASAN Viza” sistemi barədə də təqdimat edilib
Nümayəndə heyəti, həmçinin “ABAD” sərgi satış mərkəzi, “ASAN radio” və “ASAN Təlim-Tədris Mərkəzi” ilə tanış olub.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndiriblər.