Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında


    Fransada nəşr olunan “La Lettre Diplomatique” (“Diplomatik məktub”) jurnalının xüsusi buraxılışı Azərbaycana həsr olunub.

          Buraxılışda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin “İnnovativ və müasir dövlət xidmətləri beynəlxalq əməkdaşlığa töhfə verir” başlıqlı məqaləsi də dərc olunub.

          Məqalədə prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların tərkib hissəsi kimi  “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixi , fəaliyyət istiqamətləri, həyata keçirilən xidmətlər barədə məlumat verilib. Eyni zamanda, “ASAN xidmət” təcrübəsinin bölüşülməsi məqsədilə bir sıra ölkələrlə, o cümlədən İtaliya, Fransa, Əfqanıstan, İndoneziya, Koreya, Mərakeş, Monteneqro ilə imzalanmış Anlaşma Memorandumlarının əhəmiyyəti qeyd olunub.

          "ASAN xidmət"in Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görüldüyü əks olunub.

          Həmçinin 2017-ci ildən fəaliyyətə başlayan “ASAN Viza” sistemi vasitəsi ilə ölkəmizə gələn turistlərin elektron vizalar ilə təmin edildiyi diqqətə çatdırılıb.

          14 mart 2017-ci il tarixində dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizmlərinin yaradılması sahəsində Fransa Respublikasının Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında imzalanmış Anlaşma Memorandumunun Azərbaycan – Fransa ikitərəfli əlaqələrində yeni sahə yaratdığını bildirən müəllif  “ASAN xidmət” təcrübəsinin öyrənilməsi məqsədilə Fransanın bir sıra rəsmi şəxslərinin Azərbaycana səfərləri barədə məlumat verib. Vurğulanıb ki,  2015-2017-ci illərdə Fransa Respublikasının Desentralizasiya və Dövlət Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi, hökumət üzvü Andre Vallini, Fransa Baş naziri yanında dövlət islahatları və sadələşdirmə üzrə dövlət katibi Jan-Vənsen Plase, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyətləri “ASAN xidmət” mərkəzləri ilə tanış olublar.

          Eyni zamanda qeyd olunub ki, Dövlət Agentliyi beynəlxalq təşkilatlarla və Afrika ölkələri ilə əməkdaşlığı genişləndirir. 10 noyabr 2017-ci il tarixində İSESCO ilə imzalanmış Anlaşma Memorandumu yaxın gələcəkdə üzv ölkələrdə “ASAN xidmət” təcrübəsinin tətbiqinə imkan yaradır.

          Beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Dövlət Agentliyi Mərakeş, Belçika, Türkiyə, Amerika, Sinqapur və digər ölkələrdə dövlət xidmətləri sahəsində keçirilən konfrans və seminarlarda aktiv iştirak edib.

          Fəaliyyət göstərdiyi gündən bir sıra ölkələrin, o cümlədən Misir, Sudan, Əlcəzair, Uqanda, Cibuti, Ruanda, Seneqal, CAR-ın rəsmi şəxslərinin başçılığı ilə nümayəndə heyətləri “ASAN xidmət” təcrübəsinin öyrənilməsi məqsədilə  Azərbaycana səfər ediblər.

          Məqaləyə keçid:  https://bit.ly/2NVkzPi


Tarix: 20-09-2018 17:01