Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Uqandanın dövlət xidmətləri naziri “ASAN xidmət”də


          22-23 sentyabr 2018-ci il tarixlərində Uqanda Respublikasının dövlət xidmətləri naziri Vilson Muruli Mukasanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri ilə tanış olub.         

            Qonaqlara  "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

            Bu günədək 24 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

            Nümayəndə heyəti Səyyar ASAN xidmət avtobusu və “ABAD” mərkəzi ilə də tanış olub.

            Qonaqlara Dövlət Agentliyinin struktur bölmələri tərəfindən təqdimatlar edilib, həmçinin Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib.

            Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

               20-23  sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti ilə  Uqanda Respublikasının dövlət xidmətləri naziri Vilson Muruli Mukasanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub.


Tarix: 24-09-2018 14:45