“ABAD” “Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı Forumu”nda təqdim olunub
22-24 oktyabr 2018-ci il tarixlərində Rusiya Federasiyasının Həştərxan vilayətində İşgüzar Qadınlar Assosiasiyası və vilayət hökumətinin təşkilatçılığı ilə “Həştərxan-Azərbaycan: qadın sahibkarlığı forumu” keçirilib.
Tədbirin məqsədi biznes sahəsində fəaliyyət göstərən xanımları bir araya gətirərək sosial-iqtisadi istiqamətdə iki ölkənin təcrübələrinin mübadiləsi və perspektiv əməkdaşlığı olub.
Forum çərçivəsində B2B görüşlərdə və “Qadın Sahibkarlığının Qarşılıqlı Sosial-İqtisadi Əməkdaşlığın İnkişafında rolu” adlı ekspert sessiyası zamanı “ABAD” publik hüquqi şəxsin fəaliyyəti haqqında təqdimat edilib və auditoriyanın sualları cavablandırılıb.
Həmçinin “Astraxan-24” televiziya kanalında Foruma həsr olunmuş verilişdə “ABAD” barəsində məlumat verilib .
Forumun nəticəsi olaraq Rusiyanın Strateji Təşəbbüslər Agentliyinin nümayəndə heyətinin “ABAD” təcrübəsi ilə yaxından tanımaq məqsədi ilə Azərbaycana səfəri planlaşdırılıb.