Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi “ASAN xidmət”də


             5 noyabr 2018-ci il tarixində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənub-Şərqi Avropa və Cənubi Qafqaz üzrə Departamentinin direktoru Sandra Şenke “ASAN xidmət” mərkəzi ilə tanış olub.

            Qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

            Bildirilib ki, bu günədək 25 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

            Eyni zamanda, qonağa “ABAD” publik hüquqi şəxs və Elektron hökumət layihələri barədə də məlumat verilib.

            Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq  ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıb.

           


Tarix: 06-11-2018 10:26