Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin nümayəndə heyəti “Beynəlxalq Dövlət Xidmətləri Forumu”nda


                7-8 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti  “Beynəlxalq Dövlət Xidmətləri Forumu”nda iştirak etmək məqsədilə İndoneziyada  səfərdə olub. Səfər İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri  Siyafuddinin dəvəti ilə həyata keçirilib.

                Foruma çoxsaylı yerli iştirakçılar, o cümlədən Koreya, Azərbaycan, Gürcüstan, Filippin, Hindistan, Estoniya, Dünya Bankı, Almaniya Beynəlxalq əməkdaşlıq üzrə Cəmiyyət (GİZ) və s.  dövlət,  beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

                Tədbiri İndoneziya Respublikasının vitse-prezidenti Yusuf Kalla giriş nitqi ilə açıq elan edib.

                Forum çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti tərəfindən ”İctimai xidmətin keyfiyyətinin yaxşılaşdırılması və idarə olunması” mövzusunda təqdimat edilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən dövlət idarəetməsi sahəsində islahatların tərkib hissəsi olaraq yaradılmış “ASAN xidmət”in bugünkü nailiyyətlərindən, İSESCO tərəfindən təsis edilmiş “ASAN mükafatı”ndan bəhs edilib, iştirakçıların verdiyi  suallar cavablandırılıb.

                “ASAN xidmət” təcrübəsi və onun tətbiqi sessiya iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.

                Bundan əlavə, bir sıra ikitərəfli görüşlər keçirilib. İndoneziyanın inzibati və bürokratik islahlatlar naziri  Syafruddin, İnzibati və bürokratik islahatlar nazirinin müavini Dias Nataliza, Cakarta şəhərinin Dövlət xidmətləri mərkəzinin rəhbəri Edi Cunayedi, GİZ təşkilatının İndoneziyadakı nümayəndəsi Elke Rapp ilə təşkil olunan görüşlərdə müvafiq olaraq ikitərəfli Anlaşma Memorandumunun gələcək implementasiyası üzrə birgə tədbirlər, əməkdaşlıq perspektivləri və bir sıra digər məsələlər müzakirə edilib.

                Forum çərçivəsində dövlət xidmətləri sahəsində innovasiyalar mövzusunda sərgi də təşkil edilib. Sərgidə ən çox maraqla qarşılanan beynəlxalq stendlər qismində Koreya Respublikası və Azərbaycan Respublikası nümayəndə heyətlərinə İndoneziya tərəfi adından təşəkkür və fərqlənmə diplomları təqdim edilib.


Tarix: 10-11-2018 11:03