Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin nümayəndə heyəti London şəhərinə səfər edib


            15-16 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin nümayəndə heyəti Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığının Rəqamsal Dövlət Xidmətinin dəvəti ilə London şəhərinə səfər edib.

            Səfərin məqsədi Birləşmiş Krallığın Rəqəmsal Dövlət Xidmətinin təcrübəsinin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq olub. Tərəflər arasında hər iki ölkədəki elektron xidmətlərin inkişafı haqqında müzakirələr aparılıb, “ASAN xidmət” modeli təqdim olunub və təcrübələr bölüşülüb. Həmçinin Azərbaycanda elektron hökumət sahəsində nəzərdə tutulan innovasiyalar barəsində müzakirələr aparılıb,  “Elektron Hökumət Portalı”, “ASAN Viza”, “ASAN Ödəniş” və digər layihələr təqdim edilib.   

            Səfər çərçivəsində nümayəndə heyəti Böyük Britaniyanın “Kembric Elm Parkı” biznes və texnologiya inkubasiya mərkəzi ilə tanış olub. Kembric Elm Parkı Philips, Huawei və Toshiba kimi dünyaca nüfuzlu bir çox şirkət ilə elmi-texniki araşdırmalara ev sahibliyi edir.


Tarix: 21-11-2018 18:24