Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

AZINNEX–in hesabat tədbiri keçirilib


           22 noyabr 2018-ci il tarixində “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin (AZINNEX)  1 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib.

            Tədbirdə dövlət qurumlarının, diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, şirkət rəhbərləri iştirak ediblər.

            Konsorsium tərəfindən ötən dövr ərzində görülmüş işlərə, yerli və beynəlxalq istiqamətdə həyata keçirilmiş əməkdaşlığa dair məlumat verilib.  

            Tədbirdə Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu ilə Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, ADA Universiteti və AMCHAM Azərbaycan arasında Anlaşma Memorandumları imzalanıb.

            Sonda Konsorsium tərəfdaşları mükafatlandırılıblar və üzvlərə sertifikatlar təqdim olunub.

            Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılmış Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşması, intellektual, innovativ və rəqabətqabiliyyətli potensialın formalaşdırılması istiqamətində fəaliyyət göstərir.   AZINNEX Azərbaycan brendi olan “ASAN xidmət” modelinin intellektual məhsul kimi digər ölkərə ixrac olunmasında birbaşa iştirak edir. “ASAN xidmət” modeli ilə yanaşı AZINNEX, həmçinin yerli şirkətlərə məxsus müxtəlif İT məhsul və xidmətləri ixrac etmək üçün bir platformadır.

            Konsorsium informasiya kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri bir araya toplayaraq onların mənafelərinin qorumasını və beynəlxalq bazarda təmsil olunmasını, onların İT məhsullarının satışını həyata keçirir. 

            AZINNEX fəaliyyəti çərçivəsində beynəlxalq əlaqələrin qurulması və qlobal bazarın araşdırılması istiqamətində müxtəlif qitələrdən olan ölkələrin yüksək ranqlı nümayəndələri ilə görüşlər keçirib, Azərbaycanın innovativ məhsulları təqdim edilib, əməkdaşlıq istiqamətləri müzakirə olunub. 


Tarix: 22-11-2018 19:12