ASAN könüllüləri yenidən səhnədə
29 noyabr 2018-ci il tarixində Sumqayıt Dövlət Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” musiqili komediyası səhnələşdirilib.
Tədbir Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibəti ilə təşkil edilib.
Sonda səhnə işinin ərsəyə gəlməsində iştirak edən şəxslərə təşəkkürnamələr təqdim olunub.
Xatırladaq ki, “ASAN Könüllüləri” tərəfindən mütəmadi olaraq müxtəlif tamaşalar reallaşdırılır.