Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Səyyar ASAN xidmət Tovuzda


Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.

Cari ilin 27 aprel-8 may tarixində Tovuz, Qazax, Ağstafa  rayonlarının 330 000-dən çox olan sakini Səyyar ASAN xidmətdən Tovuz rayonunda yararlana biləcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

  • Notariat fəaliyyəti;                                 
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
  • Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
  • Əmək pensiyalarının təyin edilməsi;
  • Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
  • Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Xatırladaq ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


Tarix: 25-04-2014 18:09