“ASAN xidmət”dən yeni il üçün fərqli aksiya
“ASAN xidmət” “Daha yaşıl illər üçün” adlı aksiyaya başlayıb. Belə ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşların bəzəməsi üçün fərqli şam ağacları quraşdırılıb. Xidmət aldıqdan sonra vətəndaşlar öz növbə biletlərini şam ağaclarının budaqlarına asacaqlar və aksiya iştirakçıları yaşıl gələcək üçün çağırış etmiş olacaqlar. Asılmış bütün kağızlar sonda təkrar emala qaytarılacaq.
10 yanvar 2019-cu il tarixinə qədər davam edəcək layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.
Xatırladaq ki, “ASAN xidmət”in "Yaşıl ASAN" təşəbbüsü çərçivəsində 1000 ton kağız təkrar emala qaytarılıb. Bu isə 17 min ağacın təbiətə qaytarılması deməkdir.