Dövlət Agentliyinin kollektivi “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına qoşulub
15 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə keçirilən payız ağacəkmə aksiyasına qoşulub.
Aksiya çərçivəsində Dövlət Agentliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçmiş Yod-Brom zavodunun nazirlik tərəfindən təmizlənmiş 6 hektar ərazisində zeytun, Arizona sərvi, Eldar şamı, aliyandr və s. olmaqla, ümumilikdə 5000 -ə yaxın müxtəlif cinsli ağac əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasını həyata keçirir.