Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyi Diasporla İş üzrə Dövlət Komitəsi ilə Anlaşma Memorandumu imzalayıb


            15 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

            Sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıblar.

            Memoramdum çərçivəsində “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda səyyar formada, habelə xaricdə yaşayan azərbaycanlılara müvafiq dövlət xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada göstərilməsi istiqamətində birgə tədbirlərin təşkili nəzərdə tutulur.

            Həmçinin əməkdaşlıq istiqamətlərinə xaricdə yaşayan azərbaycanlıların hüquq və qanuni mənafelərinin daha etibarlı müdafiəsi, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına yönəlmiş hüquqi maarifləndirmə və təbliğat işlərinin aparılması məqsədilə ASAN Radionun və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyətinin əlaqələndirilməsi daxildir.

           


Tarix: 15-02-2019 13:27