Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Baronessa Nikolsan “ASAN xidmət”də


          22 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Krofts ilə görüşüb.

            Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

          Bildirilib ki, bu günədək 27 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

            Görüşdə tərəflər arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi də aparılıb.

            Sonra qonaqlar “ASAN xidmət” mərkəzi, “ABAD” publik hüquqi şəxs və “ASAN Təlim-Tədris Mərkəzi” ilə tanış olublar. 

            Tanışlıq zamanı qonaqlar vətəndaşlarla görüşüblər və xidmət prosesinə dair fikirlər öyrənilib.

           


Tarix: 22-02-2019 12:23