Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“myGov” portalı 1 iyunda fəaliyyətə başlayacaq


             24 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM)  təşkilatçılığı ilə “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının təqdimat mərasimi keçirilib.

            Əsas məqsəd EHİM tərəfindən ərsəyə gətirilən və reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidin əsasını qoyan “myGov” layihəsinin təqdimatı, portalın mahiyyəti, üstünlükləri haqqında ictimaiyyətin məlumatlandırılması olub.

          Tədbirdə müxtəlif dövlət qurumlarının rəhbərləri və informasiya texnologiyaları üzrə məsul şəxsləri, maliyyə institutarının, o cümlədən elektron və rəqəmsal texnologiyalar, innovativ xidmətlər təklif edən özəl sektor və startap nümayəndələri, beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

          Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə elektron dövlət quruculuğu sahəsində həyata keçirdiyi institusional islahatlarından, görülən işlərin dövlət-vətəndaş münasibətlərində yaratdığı üstünlüklərdən danışıb. Həmçinin müvafiq fəaliyyətin təmin edilməsində digər dövlət qurumları ilə birgə məqsədyönlü işlərin həyata keçirildiyi diqqətə çatdırılıb. 

           “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov “myGov” portalının təqdimatını edib, bu istiqamətdə görülən işlər, sistemin imkanları və perspektivdə nəzərdə tutulmuş məsələlərlə bağlı məlumat verib. O bildirib ki, “qabaqlayıcı hökumət” konsepti əsasında hazırlanmış portal şəxsi kabinet əsaslı olacaq və vətəndaşlara  proaktiv xidmətlər göstərəcək. Qeyd olunub ki, portal cari ilin 1 iyun tarixindən fəaliyyətə başlayacaq.

          Sonda elektron hökumət quruculuğu, “myGov” layihəsi ilə bağlı geniş müzakirələr aparılıb.

 


Tarix: 24-05-2019 12:20