Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”də


          19 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev  Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaani ilə görüşüb.

            Görüşdə “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.        

            Həmçinin Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl modeli olan “ASAN xidmət”in xarici ölkələrdə tətbiqi perspektivləri üzrə müzakirələr aparılıb və hazırda davam etdirilən əməkdaşlıqdan bəhs olunub.

             Diqqətə çatdırılıb ki, Azərbaycan bu il keçirilmiş BMT-nin Dövlət Xidmətləri Forumunda rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı səhəsində BMT-nin xüsusi mükafatına, “ASAN xidmət” isə 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına  layiq görülüb.

            Qonaq, həmçinin “ASAN xidmət” mərkəzi, ASAN Radio, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD” publik hüquqi şəxsin fəliyyəti ilə tanış olub.


Tarix: 19-07-2019 15:57