Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Əcnəbi könüllülər “ASAN xidmət”də


         18 avqust 2019-cu il tarixindən Türkiyə, Nigeriya, Maldiv, Liberiya, Əfqanıstan,  Gürcüstandan olan gənclər “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyətə başlayıblar.

          Layihə “ASAN xidmət”, “ASAN Könüllülük” Məktəbinin “Yaşıl ASAN” proqramı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması” layihəsi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsünün birgə dəstəyi ilə həyata keçirilir.

          30 avqust tarixinədək davam edəcək təcrübə proqramı çərçivəsində iştirakçılar üçün Bakı, Şəki və Quba şəhərlərində ekoloji layihələrin idarəedilməsi istiqaməti ilə yanaşı, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və Azərbaycanın mədəniyyəti ilə tanışlıq məqsədi ilə ekskursiyalar təşkil olunacaq.

          Layihənin əsas məqsədləri ölkəmizdə ekoloji istiqamətdə həyata keçirilən tədbirlərin, könüllülük fəaliyyətinin tanıdılması, iqlim dəyişikliyinə qarşı mübarizəyə diqqətin cəlb edilməsidir. Həmçinin müvafiq istiqamətdə beynəlxalq tərədaşlıqların qurulması və ekoloji layihələrin təşkili, gənclər tərəfindən ekoloji problemlərin həllində iştirakçılığın artırılması əsas hədəflərdir.

 


Tarix: 20-08-2019 16:57