Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Əcnəbi könüllülər Quba və Şəkidə


          “Yaşıl ASAN” proqramının “Əcnəbi könüllülər” layihəsi çərçivəsində 24 -29 avqust tarixində Şəki və Quba şəhərlərinə səfərlər həyata keçirilib.

          İştirakçılar Şəki “ASAN Həyat” kompleksi, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar. Həmçinin Şəki Xan Sarayına, Kiş kəndinə, Qədim Alban məbədinə, “Gələrsən Görərsən” Qalasına ekskursiyalar təşkil olunub

          Səfər çərçivəsində Quba şəhərində yerləşən “ASAN Həyat” kompleksi, Quba Soyqırımı Memorial Kompleksi, Xınalıq kəndi ilə tanışlıq səfərləri də həyata keçirilib, “Əli və Nino” filmi nümayiş olunub.   

          O cümlədən iştirakçılar müvafiq regionlarda müxtəlif təmizlik aksiyalarında iştirak ediblər.

          Layihə “ASAN xidmət”, “ASAN Könüllülük” Məktəbinin “Yaşıl ASAN” proqramı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması” layihəsi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsünün birgə dəstəyi ilə həyata keçirilir.

          Layihənin əsas məqsədləri ölkəmizdə ekoloji istiqamətdə həyata keçirilən tədbirlərin, könüllülük fəaliyyətinin tanıdılması, iqlim dəyişikliyinə qarşı mübarizəyə diqqətin cəlb edilməsidir. Həmçinin müvafiq istiqamətdə beynəlxalq tərədaşlıqların qurulması və ekoloji layihələrin təşkili, gənclər tərəfindən ekoloji problemlərin həllində iştirakçılığın artırılması əsas hədəflərdir.


Tarix: 29-08-2019 16:01