Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Mərakeş Krallığının nümayəndə heyəti “ASAN xidmət”də


          29 avqust 2019-cu il tarixində Mərakeş Krallığının gənclərdən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

           Qonaqlar Azərbaycan Respublikası ilə Mərakeş Krallığı hökumətləri arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən ölkəmizdə səfərdədirlər.

            Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.  

             Bildirilib ki, bu günədək 32 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.  

           Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.


Tarix: 29-08-2019 18:42