Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

ASAN Könüllüləri Milli Musiqi Gününü qeyd ediblər


 17 sentyabr 2019-cu il tarixində Beynəlxalq Muğam Mərkəzində “ASAN Könüllüləri” Təşkilatının "Mədəniyyət Carçısı" proqramı çərçivəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” musiqili komediyası səhnələşdirilib.

Milli Musiqi və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov və digər qonaqlar iştirak ediblər. Həmçinin səhnə işinin ərsəyə gəlməsində iştirak edən şəxslərə təşəkkürnamələr təqdim olunub. Xatırladaq ki, “ASAN Könüllüləri” tərəfindən mütəmadi olaraq müxtəlif tamaşalar reallaşdırılır.


Tarix: 18-09-2019 10:34