Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“VFS Global”, Elektron Hökumətin İnkişafı Mərkəzi və "İnnovasiyalar Mərkəzi" Memorandum imzalayıblar


    19 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM), “İnnovasiyalar Mərkəzi” MMC və “VFS Global” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

    “VFS Global” müxtəlif ölkələrə viza, pasport və müxtəlif vətəndaş xidmətləri göstərən ən böyük şirkətdir. Dünyanın 147 ölkəsində 3093 viza müraciəti mərkəzinə malik olan “VFS Global” indiyədək 203 milyondan çox viza müraciətini qəbul etmişdir.

   Memorandum “VFS Global” şirkətinin geniş əhatə dairəsi və imkanlarından istifadə etməklə “ASAN xidmət” modelinin və elektron hökumət sahəsində Azərbaycanda yaradılmış elektron həllərin “VFS Global”ın fəaliyyət göstərdiyi ölkələrdə tətbiqi, təbliği və inkişaf etdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.


Tarix: 19-09-2019 10:40