Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub


27 may 2014-cü il tarixində Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pincerin rəhbərlik etdiyi nümayəndə heyəti  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.

Qonaqlar “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixçəsi, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumatlandırılmışlar. Bildirilmişdir ki, Azərbaycanın ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Qonaqların diqqətinə çatdırılmışdır ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 1 770 000-dən çox vətəndaşa xidmət göstərilib.

Qonaqlar Azərbaycan və Böyük Britaniya arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini  bildirmişlər. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışlar.

Foto: Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub


Tarix: 26-05-2014 17:59