Qırğızıstan nümayəndə heyəti "ASAN xidmət"də
18 oktyabr 2019-cu il tarixində Qırğızıstan Respublikasının Ədliyyə nazirinin müavini Maksatbek Yesenaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət və “ASAN Kommunal” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin yaradılması məqsədləri, fəaliyyət istiqamətləri və layihələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bildirilib ki, bu günədək 33 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb. Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.