Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Beynəlxalq qonaqlar “ASAN xidmət”də


25 oktyabr 2019-cu il tarixində GUAM ölkələrini təmsil edən diplomatlar və Esvatini Krallığının nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 33 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki,” ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət” ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.


Tarix: 25-10-2019 17:07