Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” in fəaliyyəti “Azərbaycanda uğur qazanmaq” məlumat toplusunda


3-6 iyun 2014-cü il  tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji sektorunun ən böyük tədbirlərindən biri olan XXI beynəlxalq “Xəzər neft və qaz” (Caspian Oilamp Gas 2014) sərgi və konfransı keçiriləcəkdir.

Sərgi və konfrans ərəfəsində yaradıcı, praktik biznes və hüquq məsləhətləri sahəsində fəaliyyət göstərən “Dentons” şirkəti tərəfindən sayca 3-cü olan və adları çəkilən tədbirlərin aparıcı iştirakçıları üçün nəzərdə tutulan “Azərbaycanda uğur qazanmaq” adlı məlumat toplusu dərc edilmişdir. 2 iyun 2014-cü il tarixində dərginin təqdimatı keçirilmiş və ölkəmizdə mövcud uğurlu biznes mühitinə, habelə onu şərtləndirən amillərə, o cümlədən “ASAN xidmət”-in fəaliyyətinə geniş  yer verilmişdir.

Dərc edilmiş materialda “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixçəsi, məqsədləri, həyata keçirilən xidmət növləri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiq edilməsi və dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsidir.


Tarix: 01-06-2014 16:54