Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Elektron Hökumət üzrə İcra Qrupunun (EHİQ) növbəti görüşü keçirilib.

Görüşdə elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr və onların icra mexanizmləri, hökumət buludunun perspektivləri mövzusunda müzakirələr aparılıb, habelə yeniliklər və bu istiqamətdə beynəlxalq təcrübə bağlı məlumatlandırma həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini, Elektron Hökumət üzrə İcra Qrupunun rəhbəri Ceyhun Salmanov elektron hökumət sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti və bu sahədə Dövlət Agentliyi, digər qurumların birgə fəaliyyəti barədə məlumat verib.

Tədbirin birinci hissəsində elektron hökumətin inkişafı və təşviqi sahəsində aparılan işlər, mövcud beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanları, həyata keçirilən tədbirlər və onların gələcək perspektivləri müzakirə edilib.

Tədbirin ikinci hissəsində beynəlxalq ekspert, professor Con K. Koyle tərəfindən “Dizayn düşüncəsi” (Design thinking) mövzusunda təqdimat edilib, İcra qrupunun üzvləri bu barədə məlumatlandırılıblar.

İcra Qrupunun üçüncü görüşü Şamaxı rayonunda təşkil edilib. Tədbir çərçivəsində iştirakçıların Şamaxı Astrofizika Rəsədxanasına  səfəri  baş tutub, həmçinin iştirakçılar arasında müxtəlif istiqamətli mövzular üzrə sərbəst müzakirələr aparılıb.

Elektron Hökumət üzrə İcra Qrupu Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanına uyğun olaraq dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində vahid koordinasiyanı həyata keçirmək, habelə rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsini, elektron hökumət və rəqəmsal innovasiyalar sahəsində beynəlxalq rəqabətliliyinin artırılmasını, elektron hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə yaradılıb. Elektron Hökumət üzrə İcra Qrupunda 60-a yaxın müxtəlif dövlət qurumunun nümayəndəsi təmsil olunur.

 


Tarix: 12-11-2019 14:58