Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin sədri AmCham Azərbaycanın növbəti görüşündə iştirak edib


29 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət   və   Sosial   İnnovasiyalar   üzrə   Dövlət   Agentliyinin   sədri   Ülvi   Mehdiyev   Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan)  üzvləri üçün təşkil olunan növbəti görüşdə iştirak edib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması tarixi və məqsədləri, həyata keçirilən fəaliyyət və gələcək planlara dair iştirakçılara məlumat verib. Qeyd edilib ki, “ASAN xidmət” mərkəzlərinə olunan ümumi müraciətlərin sayı 36 milyondan çox təşkil edib ki, bu da təqribən 6 milyondan çox  unikal şəxs deməkdir.

Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Həmçinin müxtəlif sosial və innovativ layihələr, elektron hökumət quruculuğu sahəsində həyata keçirilən fəaliyyət və gələcək planlar diqqətə çatdırılıb.

Sonra iştirakçıların sualları və müraciətləri cavablandırılıb.

AmCham nümayəndələri bu  görüşə və “ASAN xidmət” ilə biznes sektoru təmsilçiləri arasında yaradılan müzakirələrə görə razılıqlarını bildiriblər.

AmChamın   100-ə   yaxın   üzvünün   və     tərəfdaşının,   o     cümlədən   diplomatik   korpusun nümayəndələrinin   iştirak   etdiyi   tədbirdə   bir   neçə   üzv   şirkətin   fəaliyyəti   və   xidmətləri   barədə təqdimatlar edilib.


Tarix: 29-01-2020 14:46