Nepal “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır
Nepal “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır
Nepal Asiya Diplomatiya və Beynəlxalq Əlaqələr İnstitunun rəhbəri Sunil KC- nin "The Rising Nepal" qəzetində məqaləsi dərc olunub.
Məqalədə diqqətə çatdırılıb ki, Nepal Baş Naziri 2019-cu ildə Azərbaycana Qoşulmama Hərəkatı Sammiti çərçivəsində səfər edib.
Bildirilib ki, Azərbaycanda "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları tərəfindən 320 xidmət həyata keçirilir.
Azərbaycanda elektron hökumət quruculuğu istiqamətində ciddi addımların atıldığını vurğulayan müəllif bu istiqamətdə turizm potensialının inkişafı üçün uğurlu "ASAN Viza" nümunəsini diqqətə çatdırıb.
Həmçinin vurğulanıb ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində Nepalda "ASAN xidmət" modelinin tətbiqi ölkə iqtisadiyyatının inkişafına təkan verə bilər.
Məqaləyə keçid: https://risingnepaldaily.com/opinion/e-governance-can-be-game-changer-for-nepal