ASAN Qlobal Veb Forum davam edir
15 may 2020-ci il tarixində “Hökumətlər tərəfindən COVID -19-a qarşı görülən çevik tədbirlər” ASAN Qlobal Veb Forumda “Pandemiya dövründə beynəlxalq ticarət və logistika – problemlər və həllər” mövzusunda panel sessiya təşkil olunub.
Natiqlər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Ticarət Logistika bölməsinin rəhbəri Yan Hofmann, Böyük Xəzər regionu Assosiasiyasının prezidenti Murat Seitnepesov və Beynəlxalq Ticarət Mərkəzinin (ITC) ticarət logistikası üzrə əsas eksperti Maks EE olublar.
Moderator isə Dünya İqtisadi Forumunun Layihə mütəxəssisi Jesse Lin olub.
Sessiyada Azərbaycanın Avrasiyanın mərkəzində, Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirən bir yerdə olduğundan inkişaf etmiş ticarət üçün logistik imkanlara malik olduğu vurğulanıb. Yeni terminalların, dəmir və avtomobil yollarının, innovativ gömrük prosedurlarının və digər nailiyyətlərin ölkəmizi beynəlxalq ticarət üçün cəlbedici mərkəzə çevirdiyi, öz növbəsində bu tərəqqinin, həmçinin beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığı da əhatə etməsi vurğulanıb.
Natiqlər bu fürsətlərin hazırda necə istifadə olunduğunu və pandemiya ilə mübarizədə necə kömək edəcəyini müzakirə ediblər.
Sonra fasilə zamanı ASAN könüllülərindən ibarət musiqi qrupunun çıxışı nümayiş olunub.
Ardınca növbəti - “Pandemiyadan sonrakı dövr – reallıq və illuziyalar” mövzusunda panel sessiya təşkil olunub.
Bu sessiyanın natiqləri isə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, məşhur jurnalist, futuroloq (CNN, TEDx, Forbes) İan Xan, Mərakeşin İqtisadiyyat, Maliyyə və İdarəçilik Nazirliyinin departament rəhbəri Sarah Lamrani, “UiPath” təşkilatının Şərqi Avropa və MDB regionu üzrə vitse-prezidenti Tansu Yegen, Monteneqronun İdarəçilik Nazirliyinin Beynəlxalq əməkdaşlıq və yardım proqramlarının baş direktoru Admir Şahmanoviç və Avropa Komissiyasında layihə rəhbəri Enzo Le Fevre Cervini olublar.
Moderator Atlantik Şurasının Baş elmi işçisi, səfir Metyu Brayza olub.
Sessiyada “Postpandemiya dövründə dünyanı əks etdirmək məqsədilə ən çox tələb oluna biləcək fəaliyyətlər hansılardır?”, “Davamlılığı və dayanıqlığı necə təmin etmək olar?” kimi suallara cavab tapmağa çalışılıb.
Natiqlər ən təcili tədbir və addımları müzakirə ediblər.
#globalforum #publicservices #innovativeapproach #pandemic #smartsolutions #digitalapproach #egovernment #asanservice #globalforum2020 #webconference