Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət”dən Silahlı Qüvvələrə Yardım Fonduna dəstək


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri, "Elektron Hökumətin İnkişafı Mərkəzi", "ABAD" publik hüquqi şəxsi və "ASAN Radio" tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 200 min manat məbləğində vəsait köçürülməsi qərara alınıb.

Müvafiq vəsait Dövlət Agentliyi əməkdaşlarının təşəbbüsü əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən həyata keçiriləcək.

Dövlət Agentliyinin kollektivi Azərbaycan Ordusuna haqq işində, Qarabağın işğaldan azad olunması yolunda tükənməz əzm və möhkəm iradə arzulayır.

Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!


Tarix: 02-10-2020 14:44