ASAN könüllülərindən İsranura hədiyyə
Türkiyənin Van şəhərinin 12 yaşlı sakini İsranur Ermənistanın işğalçı təcavüzündən sonra Azərbaycana dəstək olmaq istəyini ailəsinə bildirib. İsranur ölkəmizə olan sevgisini ifadə edən məktub yazıb və planşet almaq üçün yığdığı 36 lirəni Azərbaycana göndərib.
Türkiyə mətbuatında geniş yayılmış bu xəbər ASAN könüllülərinin diqqətindən yayınmayıb. Belə ki, onlar qardaş ölkədən olan İsranurun qayğıkeş addımına cavab olaraq dərslərini daha rahat oxumaları üçün ona və bacı-qardaşlarına 2 noutbuk alıb və ürək sözlərini ifadə edən məktub yazıblar.
Videoçarxa keçid: https://youtu.be/wEls1Vpub-c