Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Ülvi Mehdiyev Vətən müharibəsinin iştirakçıları ilə görüşüb


17 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Vətən müharibəsində iştirak etmiş və tərxis olunmuş “ASAN xidmət” əməkdaşları ilə görüşüb, onlara xatirə hədiyyələri təqdim edib.

Ülvi Mehdiyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən şanlı Qələbənin əldə olunduğunu, hər bir azərbaycanlının Ordumuzla qürur duyduğunu vurğulayıb.

Xatırladaq ki,  “ASAN xidmət”in 39  əməkdaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq ordu sıralarına qoşulub, onlardan iki nəfəri şəhidlik zirvəsinə yüksəlib.


Tarix: 17-12-2020 17:16