Dövlət Agentliyində İlk Həmkarlar İttifaqı təşkilatının növbədənkənar yığıncağı keçirilib
19 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İlk Həmkarlar İttifaqı təşkilatının növbədənkənar yığıncağı keçirilib.
Növbədənkənar yığıncaq Həmkarlar İttifaqı təşkilatının 2020-ci il ərzində görülən işlərə dair Hesabatının təqdim edilməsi və Komitəyə yeni sədrin seçilməsi məqsədilə təşkil olunub.
Yığıncaqda Komitəyə daxil olan 11 nəfər üzv və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi iştirak edib.
İclasın yekununda Komitə üzvlərinin yekdil qərarı ilə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin baş məsləhətçisi Əsli İbrahimli Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib.