Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin sədri “500 Startups” şirkətinin nümayəndəsi ilə görüşüb


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “500 Startups” şirkətinin regional direktoru Arianne Dilts ilə görüşüb.

Görüşdə Dövlət Agentliyi tərəfindən ölkəmizdə  innovasiya ekosisteminin və infrastrukturun formalaşdırılması istiqamətində görülən tədbirlərdən danışılıb, eyni zamanda “Azərbaycan 500 ASAN Startap Proqramı”nın gedişatı və növbəti mərhələləri ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin innovativ tətbiqlərin genişləndirilməsi, startap mühitinin inkişafı ilə bağlı əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə “500 Startups” şirkəti arasında əməkdaşlığa dair memorandum və Azərbaycanda startapların inkişafı, vençur maliyyələşməsinin təşəkkülü üzrə proqramların həyata  keçirilməsi ilə bağlı müqavilə imzalanıb. Müqavilənin əsas məqsədi ölkəmizdə startap və innovasiya ekosisteminin inkişafını sürətləndirmək, yerli startapların qlobal bazara və xarici investorlara çıxışına imkan yaratmaqdır.

Dünyada startaplarla bağlı əsas təşkilatlardan biri olan “500 Startups” şirkəti dünyada 8 qlobal mərkəz olmaqla, ümumilikdə 75-dən çox ölkədə layihələr həyata keçirib. Şirkətin əsas fəaliyyət istiqamətləri ölkələrdə innovasiya ekosisteminin qurulması, akselerasiya proqramlarınn həyata keçirilməsi və startaplara investisiya yatırılmasıdır.


Tarix: 29-03-2021 17:11