“ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 avqust tarixli 2232 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılması tapşırığı verilib.
Sərəncama əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi məqsədi ilə sistem yaradılıb, mobil tətbiq istifadəyə verilib.
“ASAN müraciət” informasiya sistemi pilot layihə kimi Sumqayıt şəhərində istifadəyə verilib. Sumqayıt şəhər sakinləri bu sistemin imkanlarından yararlana bilirlər. Sistem qısa müddətdə ölkə ərazisini əhatə edəcək.
Pilot layihədə icraçı təşkilat qismində doqquz qurum iştirak edir:
1. Sumqayıt Şəhər İcra Hakimiyyəti
2. "Azəriqaz" İstehsalat Birliyi
3. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti
4. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti
5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
6. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
9. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Mobil tətbiqi “Android” və “iOS” əməliyyat sistemlərindən yükləmək mümkündür:
“Android”: https://play.google.com/store/apps/details?id=az.asan.asanapply
“iOS”: https://apps.apple.com/us/app/asan-m%C3%BCraci%C9%99t/id1561571608
Videoçarxlara keçid: