Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

İmişli “ASAN xidmət”də “Birlikdə yaşadaq” tədbiri təşkil olunub


İmişli regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub.

Tədbir çərçivəsində mərkəzdə "Xalqıma xidmət edəcəm" tamaşası səhnələşdirilib. Açıq hava şəraitində təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində, həmçinin könüllülər tərəfindən hazırlanmış əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub.

Tamaşada iştirak üçün öncədən elan edilmiş bilet satışından, eyni zamanda sərgidən əldə olunmuş gəlir "YAŞAT" Fonduna ianə ediləcəkdir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.


Tarix: 23-06-2021 14:51