Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

"Yüksəliş" müsabiqəsinin final mərhələsi təşkil olunub.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Yüksəliş” müsabiqəsinin final mərhələsinə idarəçi rəhbər qismində qatılıb.

Ülvi Mehdiyev “Qarabağda ağıllı şəhər” adlı tapşırıqlar üzrə iştirakçıların təqdimatlarının qiymətləndirilməsində iştirak edib.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə peşəkar kadrların aşkara çıxarılması, onların stimullaşdırılması, ölkəmizin güclü kadr ehiyatı bankının formalaşdırılması məqsədilə Azərbaycanda ilk dəfə mütəşəkkil formada və fərqli imtahan formatında keçirilir.

“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqədə ümumilikdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfəri müsabiqəyə qəbul edilib.


Tarix: 12-07-2021 12:20