Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

"YAŞAT" düşərgəsi davam edir


“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsi davam edir.

Düşərgənin birinci günündə iştirakçıların Lənkəran Tarix-diyarşunaslıq muzeyinə ekskursiyası təşkil olunub.

Düşərgənin ikinci gününə AFFA tərəfindən təşkil edilən səhər idmanı və futbol saatı ilə start verilib. Sonra psixoloqla tanışlıq/rəsm ustad dərsi həyata keçirilib. Ardından isə uşaqlar üçün əyləncə saatı təşkil olunub.

İştirakçılar, həmçinin Xanbulan gölünə ekskursiya ediblər.

Xatırladaq ki, ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları “Lankaran springs” otel, “PMD Hospitality”dir.

Sponsorlar: “Paşa Həyat”, “Bravo”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), “Gazelli Group”, “Amo Group”, “Rabitəbank”, “Decoria”, “Port of Baku”, “Ali Nino”, “Mango, “Next”, “Slavyanka”, “Shokki Mokki”, “Panda Kids”, “Civil” “Oven” “Azərsun” , “Gallery Kids” , “Setex group” , “Happy day cake”.

Logistika dəstəyi: Bakı Nəqliyyat Agentliyi


Tarix: 13-07-2021 21:15