Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində keçirilən “Mentorun 48 saatı” adlı “Bootcamp” başa çatıb


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə reallaşdırılan “Bootcamp” başa çatıb.

2 gün ərzində baş tutan tədbirdə “İnnovasiyalar və təhsil: yeni inkişaf yolu” və “Edu-Tech” mövzularında panel müzakirələr gerçəkləşib. Həmçinin "Hər şey gələcək üçün”, “Startapı necə qurmaq olar?”, “Liderlik bacarıqları”, "Mentorluq, texnika və mexanizmləri" və "İdeya və innovasiya" mövzularında təlimlər keçirilib, univeristet rəhbərləri ilə müzakirələr,  kino saatları təşkil olunub.

8 sentyabr tarixində baş tutan bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov layihəyə dəstək göstərdikləri və dəyər qatdıqları üçün iştirakçılara təşəkkür edib.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.


Tarix: 09-09-2021 16:40