“V mövsüm” sərgisinin bağlanış mərasimi keçirilib
“ABAD” publik hüquqi şəxsin "İçərişəhər" etno-butikində qurumun yaradılmasının beşinci ildönümünə həsr olunmuş “V mövsüm” sərgisinin bağlanış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “ABAD” PHŞ-nin direktoru Rüfət Elçiyev, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə “ABAD”çılara sertifikalar təqdim olunub və qonaqlar sərgi ilə daha yaxından tanış olublar.
Sərgilənmiş eksponatlar “ABAD”ın beş illik fəaliyyətini, Nizami Gəncəvi ilini, Qarabağa qayıdışı və Azərbaycana xas olan dekorativ-tətbiqi xalq sənətkarlığını özündə təcəssüm edir. Ekspozisiyalar “ABAD”çı və məşhur rəssamlar Mir Teymur Məmmədov, Gülnarə Mahmud, Esmira Rəhimli, Fərid Nəcəfov, Elmira Hacıyeva, İlham Səfərli, Natalya Zeynalova, Ruslan Hüseynov və Fuad Cəbrayılova aiddir.
Qeyd edək ki, "ABAD" (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.