Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

EHİM və Bakı Ali Neft Məktəbi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb


19 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə Bakı Ali Neft Məktəbi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Tədbir iştirakçılarını salamlayan EHİM-in direktoru Fariz Cəfərov təhsil sahəsində rəqəmsallaşmanın və texnoloji inkişafın əhəmiyyətini qeyd edib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev əməkdaşlığın bir çox sahələri əhatə etdiyini vurğulayaraq, onun hər iki tərəf üçün faydalı olacağına dair əminliyini ifadə edib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə bu əməkdaşlığın tələbələrin gələcək karyerasında mühüm rol oynayacağını, hər iki qurum arasında əlaqələrin istiqamətini daha da genişləndirəcəyini qeyd edib.

Əməkdaşlıq haqqında Memorandumu EHİM-in direktoru Fariz Cəfərov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov imzalayıblar.

Memorandum tələbələrin təcrübəyə cəlb edilməsini və EHİM tərəfindən təşkil olunan və ya aparılan yerli və beynəlxalq layihələrdə iştirak etməsini, birgə seminarların, kurs və təlimlərin təşkilini, elmi tədbirlərin keçirilməsini əhatə edir. Bununla yanaşı əməkdaşlıq intellektual məhsulların hazırlanmasında Mərkəzin təcrübələrindən istifadə edilməsini, COVID-19 pandemiyası dövründə təhlükəsiz fəaliyyəti təmin etmək məqsədilə rəqəmsal yoxlanış həllərinin tətbiq edilməsini, Universitetin elektron tədris sisteminin “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiya edilməsini, EHİM-in tələblərinə uyğun olaraq sahəvi əməkdaşların yetişdirilməsini və digər istiqamətləri əhatə edir.


Tarix: 19-10-2021 14:00