Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin sədri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb


26 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Aleks Haykens arasında görüş keçirilib.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə baş tutan görüşdə qonağa “ASAN xidmət” mərkəzlərinin, Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Görüş zamanı qonağa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi barədə məlumat verilib.

 Qonaq bugünədək Dövlət Agentliyi ilə UNICEF arasında bir sıra uğurlu layihələrin həyata keçiridiyini qeyd etmiş və bundan sonra da müvafiq istiqamətlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Bundan əlavə ASAN İnnovativ İnkişaf Mərkəzi və UNICEF arasında təlimlər istiqamətində əməkdaşlığın həyata keçirilməsi ilə əlaqədar ilkin razılıq əldə olunub. 

Həmçinin uşaq hüqüqlarının müdafiəsi, onların intellektual, psixoloji inkişaflarına dəstək sahəsində mümkün əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Eləcə də qeyd olunan istiqamətlər üzrə maarifləndirici layihələrin icra edilməsi ilə bağlı müzakirələr edilib.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.


Tarix: 27-10-2021 09:59